Şumer-Türk bağlılığı Mədəniyyət

Şumer-Türk bağlılığı

Tariyel Azərtürk (Tariyel Vəli Nüvədili) - Tariyel Vəli oğlu Əliyev 1942-də Zəngəzur mahalının Nüvədi kəndində anadan olub. Özü bu haqda belə deyir: "Adına ilk dəfə 4000 il bundan qabaq antik şairəmiz Bida Həmmədaninin mixi yazılı türkdilli poemasında rast gəlinən Araz adını daşıyan çayın sahilində yerləşirdi Nüvədi kəndim. Əsir aldıqları (avqust, 1991) kəndin adını indi Nrnazdor (Narlı dərə) kimi dəyişiblər ermənilər. Bunu ona görə yazıram ki, sonrakı nəsillər onun harada olduğunu dəqiq bilsinlər. İki vadi arasında yerləşən Nüvədi əslində Nuhun adını daşıyıb və Nuh vadi olub, sonradan azacıq dialekt və zaman təsirindən sonrakı deyilş ovqatına düşüb. Nuh gəmisinin Babildən Naxçıvanın Gəmiqayasına doğru hərəkəti Nüvədidə də öz izlərini qoymuşdu. İncildə və Quranda Adam oğlu Kainin sürgün olunduğu Edem bağlarının şərqindəki cəhənnəməbənzər Nadi adlı yer bəlkə də Nüvədi olub. Əgər İngiltərə alimi David Rolun (David Rohl) Edem bağlarının Təbrizdə olduğu ideyasından hərəkət etsək, dediklərimizdə həqiqət var. Nadi-Nüvədi elə Təbrizin yaxınlığında, ondan şərqdə yerləşir. Və həm də Nadi cəhənnəm kimi isti və ilanla dolu dərə olasaydı da, yazılana görə, çoxlu dadlı meyvələrlə də zəngin imiş. Bütün bu yaxşı, pis keyfiyyətlər Nüvədiyə xas idi. Sonralar, xüsusilə Sovet sisteminin yerli əhalini zorən toparladıb kollektiv işə öyrətikdən sonra gərgin əmək və qabarlı əllər sayəsində Nüvədi doğrudan da İncilin dediyi cəhənnəmdən cənnətə çevrilmişdi".
1957-ci ildə Nüvədi 7 illik məktəbini əla qiymətlərlə bitirən Tariyel Azərürk, orta məktəb təhsilini (1958-60) qonşu Aldərə kəndində davam etdirir. 1960-da orta məktəbi əla qiymətlərlə başa vuran Azərtürk, 1961-də Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakultəsinə daxil oldu. 1967-68-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda latın dilindən dərs deməklə yanaşı, 1 nömrəli Bakı Tibb texnikumunda latın dili və farmakologiya müəllimi kimi fəaliyyət göstərir. 1968-ci ilin yanvarında fiziologiya sektorunda biokimya üzrə əyani asriranturaya daxil olur. 1970-71-ci illərdə Ukrayna EA Molekulyar Biologiya və Genetika Elm-Tədqiqat İnstitutuna elmi ezamiyyətə göndərilir. 1974-də biokimya ixtisası üzrə dissertasiya müdafiə edərək biologiya elmlər namizədi alimlik dərəcəsini alır.
Bundan sonrakı 11 illik elmi fəaliyyəti A.Qarayev ad. Fiziologia Elmi-Tədqiqat İnstitutu ilə bağlı olur. Əvvəlcə kiçik, sonra baş elmi işçi və qrur rəhbəri kimi çalışır. 1975-də özünün işləyib hazırladığı elmi konsepsiya ilə institutda "Bədxassəli şişlərin biokimyası" adlı elmi qrup yaradır. Bununla respublikada ilk dəfə istiqamətli sintez olunmuş şiş əleyhinə kimyəvi maddələrin sintezinə yol açılır. Bu sahədə Boston (Massaçusets ştatı, ABŞ) Marin Laboratoriyasının rəhbəri, məşhur biokimyaçı alim, Nobel mükafatı laureatı Sent-Diyördi ilə sıx yazışma əlaqələri yarada bilir. Tio və selensemikarbazon tipli istiqamətli sintez yolu ilə alınacaq maddələr barədəki fikirlərini bəyənən Sent-Diördi, onu məktubla öz laboratoriyasına dəvət edir. Lakin Sovet idarə sistemindəki bürokratizm bu uzunmüddətli ezamiyyətə mane olur. Bununla belə, bu sahədə o, Litva EA-nın məşhur Üzvi Sintez, Rusiya EA Sibir şöbəsi nəzdindəki İrkutsk Üzvi Sintez institutları ilə birgə fəaliyyətə başlayır.
1990-cı illərdə o Amerikaya köç etmək qərarına gəlir. ABŞ-da əvvəlcə biokimyaçı kimi elmi laboratoriyalarda, Sietl Vaşinqton Universitetinin biokimya laboratoriyasında çalışır. 1994-1995-ci illərdə Merilen Univeristetinin ştatlı işçısı kimi Vaşinqton Universitetində Azerbaiyani-English Divctionary (dr. Danwoody Press, 1995, 366 p.) kitabının söz fondunun hazırlanmasında yaxından iştrak edir. Sonrakı illər Amerika əczaçılıq sistemində (1996-2006) çalışır. Edmonds məktəblərində müəllim kimi (2007-20011) fəaliyyət göstərir.
Yeni qitədə əmək fəaliyyəti ilə yanaşı, ona heç vaxt rahatlıq verməyən xalqının və dilinin tarixi axtarışı yollarında Şumer-Türk bağlılığını dərindən tədqiq etmək qərarını verir. Hələ aspirant olduğu illərdən türkologiyaya duyduğu məhəbbət onu bu sahəyə cəlb edir. Oxuduğu saysız-hesabsız ədəbiyyat Türkologiyada özünü sərbəst hiss etməsinə imkan verir. Ona görə də nəyin bahasına olursa-olsun, onların təbliği ilə məşğul olmaq fikrinə düşür. Burada o, Azərbaycandan və digər türkdilli ölkə alimlərindən daxil olan elmi-tədqiqat materiallarını çap edir. 2000-ci ildən bu jurnal yeni adla - Babylon-Azerbaiyan adı ilə nəşrini davam etdirməyə başlayır. Bu adın seçilməsində məqsəd, hər şeydən öncə dünya ictimai fikrinə ilk baxışda zaman və məkan məfhumları ilə bir-birinə uyuşmayan iki tarixi mövhumun eyni olması fikrini aşılamaq, ikincisi, o zamana kimi mixi yazılardan edilmiş yeni tərcümələrin nəşri idi. 2007-ci ildən yurnal öz fəaliyyətini dayandırib. O, deyir: "Şumer mətnlərinə həsr edilmiş əsərlərin uzun illər boyu tədqiqi, analiz və sintezi sayəsində işləyib hazırladığımız Semantik və fonetik modelləşdirmə metodu ilə yanaşma o zamana qədər heç kəsə bəlli olmayan yeni perspektivlər açır. Bu metodun vasitəsilə edilən tərcümələrin hamısı sübut edirdi ki, ağızlarda gəzən – "Şumerlər türkdür" ideyası tamamilə doğrudur. Yəni mətnlərdən edilən tərcümələrin hamısı türkcə səslənir və əsası isə əvvəlki müəllifin çıxartdığı heç bir məna veməyən nəticələrdən həyatiliyi və gerçəkliyi əks etdirməsi ilə fərqlənir".
Bu metod ona imkan verir ki, "Şumer dili - Türk dilidir" deyib, bunu səslərin, sözlərin, hecaların oxşarlığında axtaranlardan fərqli olaraq birbaşa mətnlərin dərinliyinə nüfuz etməklə yeni məzmun və təzə yanaşma üsulu ortaya qoysun. Əsasən isə allahlara, ölkələrə, məbədlərə və şəxslərə həsr edilmiş mətnlər T.Azərtürkün yanaşmasında həyatiləşir, müasir nəsillərlə riyaziyyat, astronomiya, vulkanologiya, kimya, minerologiya, baytarlıq, iqtisadiyyat, tarixi inşaat, fəlsəfə və digər elm sahələrində Türk dilində danışır.
Mixi yazılı mətnlərdən etdiyi yeni tərcümələr əsasında Tariyel Azərtürk özünün təsis etdiyi jurnalda 30-dan çox iri həcmli məqalə ilə çıxış edib. Sietldə öz kompaniyasında iri həcmli ilk "Əcdad" kitabını (472 s.) nəşr edir. Burada o, onlarla qədim mətnlərin türkcə oxunduğunu sübuta yetirməyə cəhd göstərir. Sayının az olmasına baxmayaraq, kitab rəğbətlə qarşılanaraq, Azərbaycan ictimai fikrində böyük rezonans yaradır. Tez-tez onunla tanış olan müəllim və ali məktəb öyrənciləri kitabdan məktəb və universitetlərdə dərs vəsaiti kimi, dissettasiyalarında elmi məxəz olaraq istifadə etdiklərini bildirirlər.
Bir neçə ildir ki, Tariyel Azərtürk "Əcdad"ın yeni variantını rus və ingilis dillərində yazmaqla məşğuldur. Son on ildə yazılı mətnlərdən edilən yeni tərcümələr onu mixi yazı sisteminin həqiqi yaradıcısının aşkar edilməsi, tarixdə hansı dilə xidmət etməsi faktlarının mütləq türkə məxsusluğu qərarı, daha fundamental əsərlər yazmağa ruhlandırıb. İndi ikicildli – (hər biri 425 s.) rusca və ingiliscə "Genezis of Turk and Turkish Language" kitabı çapa hazırdır. Hazırda pensiyaçıdır. Özü demişkən, ömrünü xalqının itirmiş olduğu yazılı, kəhkəşanlı tarixini bərpa etməklə məşğuldur.

Uğur