“Azərkosmos” 33 ölkəyə 13,1 mln. dollar dəyərində xidmət ixrac edib İqtisadiyyat

“Azərkosmos” 33 ölkəyə 13,1 mln. dollar dəyərində xidmət ixrac edib

Bu ilin yanvar–iyun aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") tərəfindən dünyanın 33 ölkəsindən olan 90-a yaxın şirkətə 13,1 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidmətləri göstərilib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi xəbər verir.

Bu dövr ərzində formalaşan ümumi gəlirlərin 63 faizini ixrac əməliyyatları təşkil edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 2,2 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1,6 milyon ABŞ dolları ilə Lüksemburq, 605,4 min ABŞ dolları ilə Türkiyə, 603,4 min ABŞ dolları ilə Pakistan və 327,9 min ABŞ dolları ilə Misir qərarlaşıb.