14 Sentyabr 17:37
14 Sentyabr 14:59
Emin Əmrullayev bu il məktəbə qədəm qoyan şagirdləri təbrik edib
Paytaxtın 7 prospektində və 11 küçəsində “Yaşıl dalğa” rejimi tətbiq edilir
QAİ Qarabağ və Şərqi Zəngəzura diplomatik səfərə Ermənistanın reaksiyasını pisləyib
BMTB Elmi-Tədqiqat İnstitutunda “Sülh Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib
9 İyul 2024 11:14
6 202
"Məlum olduğu kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib".
Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən verilən məlumatda bildirilib.
Qeyd edilib ki, aparılmış istintaq tədbirləri nəticəsində etibar edilmiş külli miqdarda özgə əmlakını talama, vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi, külli miqdarda rüşvət alma və vəzifəli şəxs tərəfindən tamah və sair niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi kimi cinayətlərin əlamətlərini əks etdirən kifayət qədər dəlillərin olması nəzərə alınaraq fakt üzrə Azərbaycan Respublikası CM-in 179.3.2, 308.1, 311.3.3 və 313-cü maddələri ilə cinayət işi başlanılıb.
"Cinayət işinin istintaqı zamanı Azərbaycan Dövlət Akademik Filarmoniyasının əməkdaşı Rəşad Məmmədov barəsində məhkəmənin qərarı ilə 5 iyul tarixində həbs qətimkan tədbiri seçilib. İş üzrə istintaq tədbirləri davam etdirilir", - məlumatda vurğulanır.
14 Sentyabr 12:59
896
14 Sentyabr 10:37
910
14 Sentyabr 09:36
910