Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII qurultayı ilə bağlı paylaşım edildi
ADY: Bakı-Tbilisi-Bakı marşrutu üzrə əlavə reyslərə biletlər bu gündən satışdadır
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB-2 - YENİLƏNİB-1
Azərbaycan və Türkiyə müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər
29 Oktyabr 2024 12:27
6 720
Bakı Dövlət Universitetinin Mədəniyyət-Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə universitet tələbələri Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasını təqdim ediblər.
AZƏRTAC xəbər verir ki, səhnə əsəri Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) 50 illik yubileyinə həsr olunub.
Tamaşanın nümayişindən əvvəl THİK-in sədri Zöhrab Cavadzadə təşkilatın fəaliyyətindən, gənclərin təhsil və sosial fəaliyyətlərinə dəstək olmaq üçün həyata keçirilən layihələrdən söz açıb.
Daha sonra tamaşa nümayiş olunub.
Səhnə əsərinin quruluşçu rejissoru teatrın aktyoru Vahid Orucoğludur.
“Müsyö Jordan və dərviş Məstəli şah”da rolları universitetin tələbələri Tural Behbudov, Kənan Neymətzadə, Ülviyyə Orucova, Ramazan Ramazanzadə, Hüseyn Cabbarlı, Nərmin Zeynalova, Mehriban İbrahimli, Üzeyir Kərimov və Səkinə Məmmədova canlandırıblar.
Tamaşada hadisələr Azərbaycanın Qarabağ bölgəsində cərəyan edir. Fransadan Qarabağa qonaq gələn Müsyö Jordan öz vətəninə qayıdanda gənc Şahbazı da özü ilə aparmaq istəyir. Lakin bu arzunun qarşısını almaq istəyən Şahbaz bəyin nişanlısı və əmisi arvadı müxtəlif yollarla onu bu istəyindən daşındırmağa çalışırlar.
12:11
707
1 Oktyabr 16:30
882
30 Sentyabr 11:40
1 211