
Qüdrət Həsənquliyev: “Putinin ABŞ-dan narahatlığı yoxdur”
17 Avqust 20:20
17 Avqust 20:20
15 Avqust 20:00
15 Avqust 19:34
15 Avqust 18:34
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
19 may 2025-cil tarixində saat 16:00-da Azərbaycan Milli İncəsənət Muzeyində Belarus Respublikasının “Nesvij” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğunun “Nesvij–dünya mədəniyyətinin irsi” adlı sərgisinin açılışı olacaq.
İncəsənət Muzeyinin mətbuat xidmətindən xalqcəbhəsi.az-a verilən məlumata görə, sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Belarus Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Milli İncəsənət Muzeyi və “Nesvij” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğunun birgə təşkilatçılığı ilə keçirilir. 23 planşetin yer alacağı ekspozisiyada muzey-qoruğun yerləşdiyi XVI-XVIII əsrlərə aid Nesvij qəsrinin eksteryer və interyer təsvirləri, həmçinin ekspozisiya zallarının fotoları, eləcə də videoçarx nümayiş etdiriləcək.
Böyük Litva Knyazlığının zəngin ailəsi olmuş Radzivillərin iqamətgahı kimi xidmət göstərmiş Nesvij qəsrində intibah gözəlliyinin, barokko dinamikasının və klassisizm nizamının mükəmməl vəhdəti izlənilir. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş bu möhtəşəm memarlıq abidəsi Belarus, eləcə də Avropa mədəniyyətinin canlı ensiklopediyası hesab edilə bilər. O, özündə qəsrlə yanaşı, qəsr istehkamlarını və böyük park ansamblını birləşdirir. Bu gün Nesvij qəsri və onun təxminən əlli muzey zalı qədim və müasir Belarus mədəniyyətinin nailiyyətlərini nümayiş etdirən xüsusi məkandır.
Sərgi çərçivəsində ziyarətçilər üçün interaktiv ünsiyyətə əsaslanan “Saray ziyafətlərinin ənənələri” adlı ekskursiya təşkil olunacaq. Proqrama saray ziyafətlərinin ayrılmaz hissəsi olan rəqs sənəti, saray mətbəxinin ekzotikası, şahzadə ovlarının təşkilinin özəllikləri kimi mövzular, intellektual əyləncə və oyunlar daxildir.
Sərgi 15 iyun 2025-cil tarixinədək davam edəcək.