
Nyu-Meksiko universitetində atışma baş verib
25 İyul 18:00
25 İyul 18:00
25 İyul 17:38
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Əməkdar artist Svetlana Bulaxın 75 illiyi münasibətilə “Fransızsayağı qarnir” (Mark Kamoletti) ikihissəli musiqili lirik komediyası nümayiş olunub.
Teatrdan Xalqcebhesi.az-a bildirilib ki, tədbirdə çıxış edən teatrın baş rejissoru Cavid İmamverdiyev aktrisanın həyat və yaradıcılığı barədə məlumat verib.
Daha sonra Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri fərmanı aktrisaya təqdim edilib. Yarım əsrlik səhnə fəaliyyətinin 42 ilini Musiqili Teatra həsr edən aktrisa ona göstərilən diqqət və qayğı üçün minnətdarlığını bildirib.
"Fransızsayağı qarnir"in quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru Əməkdar artist Boris Qrafkin, quruluşçu-rəssamı Əməkdar rəssam Nabat Səmədova, geyim üzrə rəssamı Nübar Hüseynova, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlər, rejissor assistenti Tamilla Aslanovadır.
Səhnə əsərində Əməkdar artist Svetlana Bulax, aktyorlar Emil Heydərov, Eleonora Mustafayeva, Rauf Babayev, Yuliya Heydərova, Firus Məmmədov və teatrın balet artistləri iştirak ediblər.