Siyasətçi Mema: Aİ Kiyevi NATO üzvlüyünə məcbur edir Gündəm

Siyasətçi Mema: Aİ Kiyevi NATO üzvlüyünə məcbur edir

Avropa İttifaqı Rusiyanın təhlükəsizlik maraqlarını nəzərə almadan Ukraynaya NATO üzvlüyünü zorla qəbul etdirməyə davam edir.

Xalqcebhesi.az xəbər verir ki, bu fikri finlandiyalı siyasətçi, "Azadlıq Alyansı" partiyasının üzvü Armando Mema ifadə edib.

"Problem ondadır ki, Aİ Rusiyanın təhlükəsizlik sahəsindəki narahatlıqlarını nəzərə almadan Ukraynaya NATO üzvlüyünü sırımağa çalışır. Biz Rusiya olmadan təhlükəsizliyi təmin edə bilmərik", – deyə Mema "X" sosial şəbəkəsində yazıb.

Kiyevdə isə dəfələrlə Şimali Atlantika Alyansına mümkün qədər tez tamhüquqlu üzv olmaq istədiklərini bəyan ediblər. Ukrayna 2022-ci ilin sentyabrında NATO-ya sürətləndirilmiş qaydada daxil olmaq üçün müraciət edib. 2025-ci ilin yanvarında Volodimir Zelenski Ukraynanın NATO-ya üzvlüyünə Macarıstan, Almaniya, Slovakiya və ABŞ-nin qarşı çıxdığından şikayətlənmişdi. Həmin ilin martında isə ABŞ Prezidenti Donald Tramp Ukraynanın alyansa daxil olmaq istəyinə verilən cavabın hamıya məlum olduğunu bildirmiş, ukraynalıların bu cavabı artıq 40 ildir bildiklərini qeyd etmişdi.

Məryəm Quliyeva