

9 Oktyabr 19:07
9 Oktyabr 18:44
9 Oktyabr 18:37
Kabildə iki yerdə güclü partlayış və atışma səsləri eşidilib
Hakan Fidan: İslam dünyasının daha çox müstəqil düşünməyə ehtiyacı var
ABŞ-da şatdaunu dayandırmaq üçün keçirilən səsvermələr nəticəsiz olub
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib
İtkin şəhidin qızı: Atamın timsalında bütün itkinlərin talelərinə aydınlıq gələcəyi günü gözləyirik
Azərbaycan peşəkar milli teatrı bu il 147-ci mövsümünə qədəm qoyur.
Mövsümün açılış mərasimi sentyabrın 17-də saat 17:00-da Şuşa Dövlət Musiqili Dram Teatrında keçiriləcək.
Mərasimdə Mədəniyyət Nazirliyinin rəhbərliyi və teatr ictimaiyyətinin nümayəndələri iştirak edəcək. Tədbirdə Altay Məmmədovun “Kitabi-Dədə Qorqud” dastanı əsasında yazdığı “Dəli Domrul” pyesi üzrə tamaşanın premyerası olacaq.
Tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru Əməkdar artist Loğman Kərimov, rəssamı Valeh Məmmədov, rejissor assistenti Zəhra Salayeva, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.
Rolları Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Zəhra Salayeva, Mobil Qurbanov, Hamlet Qənbərov, Emin Sevdiməliyev və Əməkdar artist Azad Məmmədov ifa edirlər.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, Şuşa Dövlət Musiqili Dram Teatrının binası əsaslı şəkildə təmir olunaraq 24 dekabr 2018-ci il tarixində kollektivin ixtiyarına verilib. 147-ci mövsümün açılışı, həm də Şuşa teatrının öz binasında ilk yeni mövsümünün açılışı kimi əlamətdar olacaq.