21:37
427
İran ABŞ-la istənilən təmas və danışıqların nəticə verməsi üçün qarşıdurmaya hazır olmalıdır.
Bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf “Tasnim”ə açıqlamasında bildirib.
Qalibafın sözlərinə görə, İran müharibəyə hazır olmadığı halda ABŞ-la aparılan danışıqlar nəticəsiz olacaq. O, hazırda İraqda səfərdədir.
İran parlamentinin sədri regiondakı qeyri-sabitliyin və normal ticarət yollarının pozulmasının əsas səbəbinin ABŞ və Vaşinqtonun başlatdığı müharibə olduğunu iddia edib.
Qalibaf həmçinin ABŞ-ın hazırda “iflic vəziyyətində” olduğunu və müharibədən çıxmasından və ya onu davam etdirməsindən asılı olmayaraq etimadını itirəcəyini bildirib.