“Cənab Prezidentin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizi yenidən canlandırırıq”
Səhiyyə Nazirliyi mövsümi xəstəliklərin profilaktikası ilə bağlı əhaliyə çağırış edib
Azad edilmiş ərazilərdə 91 layihə maliyyə ekspertizasına cəlb olunub
Nazirlik: 32 dövlət müəssisəsinin fiskal risk reytinqi müəyyən edilib
10:11
385
Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərdə korporativ idarəetmə qaydaları və standartlarının tətbiqi üçün zəruri tədbirləri Maliyyə Nazirliyi həyata keçirəcək.
"APA-Economics" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli qərarına dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Dəyişiklik AZCON və Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan səhmdar cəmiyyətlərə şamil edilmir.
Qərar dövlət müəssisələrinin büdcə layihələri və proqnozlarına, gəlir və xərc smetalarının icrasının monitorinqinə, habelə xalis mənfəətin bölüşdürülməsi və dividend siyasətinə dair qaydaları təsdiqləyən Prezidentin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilib.