İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
4 Dekabr 2025 08:24
1 869
“Moskva görüşünün nəticəsiz qalması, əslində, tərəflərin kompromisə hazır olmadığını göstərir. Putin–Uitkoff danışıqlarının qapalı saxlanması, Peskovun “megafon diplomatiyası” mesajı və görüş ərəfəsində Rusiyanın Pokrovsk istiqamətində irəliləyiş elan etməsi Moskvanın masaya üstün mövqedən oturduğunu ortaya qoydu”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.
O qeyd edib ki, ABŞ-nin Uitkoff–Kuşner xətti isə Avropanı prosesdən kənara çəkən yeni diplomatik model təsiri bağışlayır: “Bu, Qərb blokunda Ukrayna məsələsində ciddi fikir ayrılıqlarının mövcud olduğunu göstərir: Floridadakı danışıqlarda əsas maddələr üzrə razılığın əldə olunmaması, Kiyevin konstitusiya məhdudiyyətlərinə görə geri addım atmaması və Avropanın maliyyə dəstəyi ilə bağlı parçalanmış mövqeyi bunu daha da dərinləşdirir”.
Z.Qarayevanın bildirdiyinə görə, Rusiya cəbhədəki irəliləyişlərə, Ukraynanın siyasi və iqtisadi zəifləməsinə və Qərb daxilindəki koordinasiyasızlığa arxalanaraq şərtləri diktə edən tərəfə çevrilib: “Zelenski hakimiyyətində korrupsiya qalmaqalları, büdcə kəsiri və Aİ-də yardım məsələsində yaranan fikir ayrılıqları Kiyevin mövqeyini zəiflədir. ABŞ-də isə Tramp administrasiyası münaqişəni birbaşa razılaşma ilə “dondurmaq” yanaşmasına yaxınlaşır. Bütün bunlar göstərir ki, bu mərhələdə dayanıqlı sülh perspektivi real görünmür: Moskva üstün mövqedən geri çəkilmir, Qərb vahid xətt formalaşdıra bilmir və Ukraynanın resursları tükənir. Buna görə də görüşün nəticəsiz qalması əslində Rusiyanın xeyrinə olan status-kvonun davam etməsi deməkdir”.
Röya İsrafilova
16 Yanvar 21:29
1 771
16 Yanvar 20:47
1 834
16 Yanvar 17:35
2 079