09:06
637
Türkiyənin neçə gündür ciddi-cəhdlə ABŞ-ın hərbi müdaxiləsinin qarşısını alması, Vaşinqtonu danışıqlara razı salması, İranın da son məqamda Tanrıya təpik atması əslində Ankara üçün də düşündürücü olacaq. Nəticə odur ki, İran ABŞ ilə özü təkbətək sövdələşmək istəyir. Bu sövdələşmədə Türkiyə və ərəb ölkələri əleyhinə də məqamlar var. Əks halda vasitəçilərdən imtina mümkün deyildi.
Xalqcebhesi.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib:
"Demək istəyir ki, siz Əfqanıstan, İraq, Suriyanı dağıdanda çağırılmamış özümüzü yetirib sizə dəstək vermədikmi? Sizdən daha çox müsəlman qanı tökmədikmi? Məgər bu mənada biz sizə Türkiyədən daha yaxın deyilikmi? Elə isə daha Türkiyə niyə vasitəçilik edir? Gəlin oturaq özümüz danışaq, bəlkə bu dəfə də elə Türkiyənin özünün hədəfə gətirilməsində sizə yardım edə bilərik?
Onsuz da bir sıra addımlar atmağa başlanılıb. Qatı Türkiyə əleyhdarı olan Nuri Malikinin İraqda yenidən hakimiyyətə gətirilməsinə İran ciddi dəstək verir. O hakimiyyətə gəlsə dərhal Suriya ilə müharibə vəziyyətinə keçəcək ki, bu da Türkiyənin maraqları və təhlükəsizliyi üçün regional təhdiddir. ABŞ prezidenti Tamp, Maliki haqqında hələ ki, mənfi rəy ifadə edib. Lakin İranla sövdələşmələrin baş tutması zəminində rəy dəyişə bilər. Tehran nüvədən, uzaqmənzilli raketlərdən imtina edərək qarşılığında İraqı, dolayı yolla da yenidən Suriyada üstünlük istəyə bilər".
Cavid