“Ermənistanın işğal siyasəti məhkəmədə sübut olundu” Gündəm

“Ermənistanın işğal siyasəti məhkəmədə sübut olundu”

“Ermənistanın 30 ilə yaxın müddətdə apardığı işğal siyasəti azərbaycanlılara qarşı kütləvi qətliamlarla müşayiət olunub. Bu cinayətlərə baxmayaraq, beynəlxalq birlik uzun illər erməni vandalizminə qarşı susqunluq nümayiş etdirib. Halbuki Azərbaycan bu faktları daim beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb”.

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev “xalqcebhesi.az”a açıqlamqsı zamanı bildirib.

Deputat qeyd edib ki, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi 27 il icra olunmayıb: “Nəticədə Azərbaycan BMT Nizamnaməsinə uyğun olaraq öz ərazi bütövlüyünü özü bərpa edib. 2020-ci ildə 44 günlük Vətən müharibəsi, 2023-cü ilin sentyabrında isə Qarabağda keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin tam suverenliyi təmin olunub.Azərbaycan nadir ölkələrdəndir ki, həm ərazi bütövlüyünü öz gücü ilə bərpa edib, həm də müharibə cinayətləri törətmiş şəxslərin mühakiməsinə nail olub. Antiterror tədbirlərindən sonra separatçı rejimin rəhbərləri və işğalda iştirak etmiş yüksək rütbəli erməni hərbçiləri həbs edilərək məhkəmə qarşısına çıxarılıb.Açıq məhkəmə prosesində təqdim olunan sübutlar və etiraflar Ermənistan dövlətinin işğalda birbaşa rolunu üzə çıxarıb. Lyova Mnatsakanyan qondarma rejimin silahlı qüvvələrinin faktiki olaraq Ermənistan ordusunun tərkib hissəsi olduğunu etiraf edib. Bako Sahakyan isə Şuşanın işğalı zamanı Ermənistan silahlı qüvvələrinin tərkibində iştirak etdiyini təsdiqləyib.

Deputat vurğulayıb ki, bu faktlar Ermənistanın Azərbaycana qarşı törədilən cinayətlərdə birbaşa məsuliyyət daşıdığını sübut edir və bu reallıqları inkar etmək artıq mümkün deyil.

Günel Elxan