SEPAH ABŞ pilotunu əsir götürüb
3 Aprel 17:30
3 Aprel 17:30
3 Aprel 17:02
İsrail Parlamentinin fələstinlilərə ölüm hökmü tətbiq etmək qərarı pislənilib
ABŞ-a məxsus F-15 qırıcısının vurulması ilə bağlı Trampa məlumat verilib
Azərbaycan və Uqanda arasında siyasi məsləhətləşmələr keçirilib
İsrail ordusu Livanda Hizbullah hədəflərinə zərbələr endirib
İran XİN Şirazda vurulan dronlara görə region ölkələrini günahlandırıb
17 Fevral 09:34
2 093
“Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri Bakının Avropa siyasətində Balkanların rolunu artırmaq niyyətinin açıq göstəricisidir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.
Z.Qarayeva söyləyib ki, Aleksandar Vuçiçlə formalaşmış şəxsi siyasi dialoq iki ölkə arasında münasibətləri klassik diplomatik çərçivədən çıxararaq strateji səviyyəyə yüksəldib: “Azərbaycan Serbiyanı həm Avropa ilə əlaqələrdə etibarlı tərəfdaş, həm də suverenlik məsələlərində ortaq mövqeyə malik ölkə kimi qiymətləndirir. Bu səfər göstərir ki, Bakı regiondaxili balansları deyil, Avropa miqyasında mövqelərini gücləndirəcək tərəfdaşlıqlara üstünlük verir”.
Politoloq vurğulayıb ki, əməkdaşlığın əsas yükü isə real iqtisadi və enerji layihələrinin üzərinə düşür: “Azərbaycan qazının Serbiyaya ixracının genişləndirilməsi, elektrik enerjisi istehsalı üzrə birgə təşəbbüslər və bərpaolunan enerji sahəsində mümkün layihələr münasibətlərə yeni məzmun qazandırır. Eyni zamanda, Azərbaycan sərmayələrinin Serbiyaya yönəlməsi Balkanlarda Bakının iqtisadi təsir imkanlarını artırır. Bu kontekstdə səfər təkcə ikitərəfli münasibətlərin inkişafı deyil, Azərbaycanın Avropanın enerji və iqtisadi təhlükəsizlik xəritəsində mövqeyini möhkəmləndirən strateji addım kimi dəyərləndirilir”.
Röya İsrafilova
3 Aprel 17:30
1 316
3 Aprel 17:02
1 813
3 Aprel 15:34
1 694