ABŞ İrana hücumdan əvvəl Yaxın Şərqdəki bazalardan bir hissə hərbçiləri çıxarıb Dünya

ABŞ İrana hücumdan əvvəl Yaxın Şərqdəki bazalardan bir hissə hərbçiləri çıxarıb

Amerika hərbçiləri İran əleyhinə hərbi əməliyyatdan bir neçə həftə əvvəl Yaxın Şərqdəki bazalardan şəxsi heyətin bir hissəsini gizli şəkildə köçürüblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə NBC News telekanalı məlumat verir.

Telekanalın məlumatına görə, bu addım evakuasiya məqsədini daşımırdı; hərbçilər bölgədə və ya onun hüdudlarından kənarda müvəqqəti vəzifələrin icrasına yönəldilirdilər. Qərar Yaxın Şərqdə əsas hərbi bazalardakı heyətin sayını azaltmaq və İranın mümkün zərbələri zamanı itkiləri minimuma endirmək istəyi ilə əlaqədar qəbul edilmişdi.

Məryəm Quliyeva