“Tərəflər arasında fundamental etimad böhranı aradan qalxmayıb”
Şavkat Mirziyoyev: Türkologiya elminin qarşısında yeni vəzifələr meydana çıxır
Qətər və Rusiya böhranlar zamanı dərhal xəbərdarlıq üçün birbaşa rabitə kanalı yaradır
Tokayev: Azərbaycan qardaş xalqlar arasında əlaqələrin inkişafına mühüm töhfə verir
24 Aprel 16:57
2 380
İranın xarici işlər naziri Abbas Əraqçi regiondakı son hadisələri müzakirə etmək üçün yaxın vaxtlarda İslamabad, Maskat və Moskvaya səfər etməyi planlaşdırır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, ilk səfər aprelin 24-ü axşam saatlarında İslamabada baş tutacaq. Səfərlər zamanı Əraqçi Pakistan, Oman və Rusiya tərəfləri ilə Yaxın Şərqdəki son hadisələri və İran-ABŞ münaqişəsindəki mövcud vəziyyəti müzakirə etməyi planlaşdırır.
Bundan əvvəl "Al Arabiya" telekanalı və Pakistanın dövlət telekanalı PTV, İran XİN rəhbərinin ABŞ nümayəndələri ilə danışıqların ikinci raundunda iştirak etmək üçün cümə günü axşam İslamabada mümkün səfəri barədə məlumat vermişdilər.
Məryəm Quliyeva