Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
31 Mart 21:19
3 115
“ABŞ Dövlət katibi Marko Rubionun Hörmüz boğazı ilə bağlı səsləndirdiyi fikirlər beynəlxalq müzakirələri daha da intensivləşdirib”.
Bu fikirləri deputat Naqif Həmzəyev “xalqcebhesi. az”-a açıqlaması zamanı söyləyib.
O, bildirib ki, bu strateji su yolu üzərində hər hansı suverenlik iddiası qlobal təhlükəsizlik baxımından qəbuledilməzdir:
“Hörmüz boğazı təkcə region ölkələri üçün deyil, bütün dünya üçün həyati əhəmiyyət daşıyır.Bu boğazdan gündəlik milyonlarla barrel neft və böyük həcmdə mayeləşdirilmiş qaz daşınır. Dünya dəniz neft ticarətinin təxminən dörddə biri bu marşrutdan keçir. Belə bir strateji xəttin hər hansı ölkə tərəfindən nəzarətə götürülməsi beynəlxalq iqtisadi sistem üçün ciddi təhdid yaradar.
Bölgədə artan gərginlik artıq enerji bazarlarına təsir göstərməkdədir.Son hadisələr fonunda neft qiymətlərində kəskin artım müşahidə olunur. Bu isə qlobal inflyasiyanı sürətləndirə, sənaye istehsalına mənfi təsir göstərə və bir çox ölkələrdə sosial-iqtisadi problemləri dərinləşdirə bilər. Xüsusilə enerji idxalından asılı olan dövlətlər bu prosesdən daha çox zərər görəcək.
Alternativ marşrutların məhdudluğu vəziyyəti daha da mürəkkəbləşdirir.Hazırda mövcud olan bypass infrastrukturu Hörmüzdən keçən ümumi həcmi əvəzləmək gücündə deyil. Bu isə onu göstərir ki, dünya enerji sistemi hələ də bu boğazdan yüksək dərəcədə asılıdır və burada yaranacaq hər hansı problem genişmiqyaslı böhrana səbəb ola bilər”.
Deputatın fikrincə, belə həssas məsələlərdə hərbi ritorika deyil, diplomatik yanaşma ön planda olmalıdır:
“Strateji enerji marşrutları üzərində qarşıdurma yalnız regionu deyil, bütün dünyanı risk altına qoyur. Buna görə də tərəflər məsuliyyətli davranmalı və gərginliyin artmasının qarşısını almaq üçün dialoqa üstünlük verməlidir. Qlobal sabitliyin qorunması üçün beynəlxalq əməkdaşlıq gücləndirilməlidir.Əks halda enerji təhlükəsizliyi ilə bağlı yaranacaq problemlər daha geniş miqyas alaraq dünya iqtisadiyyatına ciddi zərbə vura bilər”.
Günel Elxan
25 Sentyabr 16:54
1 442
25 Sentyabr 15:07
1 120
25 Sentyabr 14:10
1 505