17:33
700
ABŞ Dövlət Departamenti, İran hava məkanının qismən açılaraq uçuşların yenidən başlamasından sonra İrandakı vətəndaşlarını ölkədən ayrılmağa çağırıb.
Xalqcebhesi.az xəbər verir ki, ABŞ-ın Tehrandakı Virtual Səfirliyi tərəfindən yayımlanan təhlükəsizlik xəbərdarlığında deyilir:
"21 aprel tarixinə olan məlumata görə, İranın hava məkanı qismən yenidən açılıb. ABŞ vətəndaşları İranı indi tərk etməli, yeniliklər üçün yerli medianı izləməli və İrandan uçuşlar barədə əlavə məlumat üçün aviaşirkətlərlə əlaqə saxlamalıdırlar."
İranı tərk edəcək amerikalıların quru yolu ilə Ermənistan, Azərbaycan, Türkiyə və Türkmənistana gedə biləcəyi, lakin Əfqanıstan, İraq və ya Pakistan-İran sərhəd bölgəsinə səyahət etməmələri gərəkdiyi qeyd olunub.
Məryəm Quliyeva