12:33
1 225
İran Xarici İşlər Nazirliyinin müavini Kazım Qəribabadi bildirib ki, Maskata səfəri zamanı Hörmüz boğazının idarə olunması ilə bağlı məsələlər üzrə İran-Oman işçi qrupunun ilk iclasında iştirak edib.
Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Maskata səfər zamanı Hörmüz boğazı üzrə birgə komitənin ilk iclası keçirildi. Biz boğazla bağlı cari məsələləri nəzərdən keçirdik və İslamabad Anlaşma Memorandumunun 5-ci bəndi çərçivəsində boğazın gələcək idarə olunması, həmçinin sahilyanı dövlətlərin suveren hüquqları barədə fikir mübadiləsi apardıq", — deyib.
Məryəm Quliyeva