Cəlali: Pakistandan ABŞ-la bağlı yeni təkliflər almışıq Gündəm

Cəlali: Pakistandan ABŞ-la bağlı yeni təkliflər almışıq

Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Munir ABŞ ilə danışıqlara dair İrana yeni təkliflər təqdim edib, Tehran hazırda həmin təklifləri nəzərdən keçirir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının Rusiyadakı səfiri Kazem Cəlali bəyanat verib.

"Son günlərdə Pakistan ordusunun komandanının vasitəçi qismində Tehrana gəlişindən sonra yeni təkliflər irəli sürülüb. Biz hazırda həmin təklifləri öyrənirik və mesaj mübadiləsi aparırıq", — deyə o, Moskvada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində beynəlxalq fəaliyyət və regional təhlükəsizlik məsələləri üzrə növbəti məsləhətləşmələr zamanı bildirib.

Məryəm Quliyeva