17:50
350
ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı bəyan edib ki, Vaşinqton və Tehran arasındakı danışıqların çıxılmaz nöqtədə qalmasına baxmayaraq, İran uranın zənginləşdirilməsini dayandıracaq və nüvə silahı yaratmaq cəhdlərindən əl çəkəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Iran International" məlumat yayıb.
"Onlar 100% dayanacaqlar", — deyə Tramp WABC radiostansiyasının "Sid and Friends in the Morning" proqramına verdiyi müsahibədə bildirib.
Tramp danışıqlar zamanı İran rəsmiləri ilə birbaşa təmasda olduğunu qeyd edib.
"Mən onlarla iş aparıram", — deyə Tramp bəyan edib. "Və onlar dedilər ki, biz toz əldə edəcəyik. Mən buna "nüvə tozu" deyirəm, çünki bu, uyğun addır. Və biz onu əldə edəcəyik".
Prezident qeyd edib ki, Birləşmiş Ştatların saziş bağlamaq üçün tələsməsinə ehtiyac yoxdur.
"Biz heç nəyi tələsdirməyəcəyik, bizim blokadamız var", — deyə Tramp əlavə edib.
Məryəm Quliyeva