14:25
140
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yəhudi dövlətinə verdiyi dəstəyə görə "ikinci İsrail" hesab edilə bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran parlamentinin rəyasət heyətinin nümayəndəsi Əlirza Səlimi bildirib.
"Birləşmiş Ərəb Əmirliklərini, əslində, ikinci İsrail hesab etmək olar. Çünki "hərbi" İsrail işğal olunmuş Fələstin torpaqlarında yerləşdiyi halda, Əbu-Dabi İsrailin iqtisadi qanadı kimi nəzərdən keçirilir", — deyə İran parlamentinin mətbuat xidməti onun sözlərindən sitat gətirib.
Səliminin fikrincə, BƏƏ hakimiyyəti öz əhalisi arasında dəstəyə malik deyil və çoxdan ölkənin maraqlarını müdafiə etməyi dayandırıb. Nəticədə, onlar başqalarına arxalanmağa, ABŞ və İsrailin tərəfində oyun oynamağa məcbur qalıblar.
Məryəm Quliyeva