Tramp: İran uranın zənginləşdirilməsini dayandıracaq
12 May 17:50
12 May 19:33
1 036
“Burada olduğum müddətdə Böyük Britaniya və Azərbaycan bu mürəkkəb geosiyasi mənzərədə birgə hərəkət edərək qarşılıqlı təhlükəsizliyimizi və rifahımızı möhkəmləndirib”.
Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld vida görüşündə deyib.
“Amma ən böyük hadisəni sona saxladım. 2025-ci ilin avqustunda Böyük Britaniya və Azərbaycan münasibətləri Strateji Tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə razılığa gəldi. Bu, həm bu günə, həm də gələcəyə dair bir bəyanat idi. Artıq dərin, geniş və qarşılıqlı etimada əsaslanan münasibətlərimizin daha da inkişaf potensialına dair bir mesaj idi. Bu Strateji Tərəfdaşlıq üç əsas sütuna söykənir: müdafiə və təhlükəsizlik; ticarət və investisiya; innovasiya və təhsil”, - o bildirib.
Səfir qeyd edib ki, ən unudulmaz anlarından bəziləri Qarabağ və Şərqi Zəngəzura səfərləri olub:
“Keçən il Britaniya Ticarət Palatası ilə Şuşa və Laçında gözəl bir səfərdə oldum. Hər gəlişimdə yeni inkişaflar və təzə ümid görmüşəm. Britaniya şirkətlərinin bu prosesin bir hissəsi olması ilə fəxr edirəm. Chapman Taylor Qarabağda, Bakıda və artıq Naxçıvanda dünya səviyyəli dizayn və baş planlaşdırma təcrübəsini təqdim edir. bp-nin Cəbrayıldakı “Şəfəq” günəş elektrik stansiyası layihəsi isə həm təmiz enerji, həm də yeni iş yerləri yaradır və Səngəçal terminalının dekarbonizasiyasına töhfə verəcək. Əlbəttə ki, mina təmizləmə fəaliyyəti olmasaydı, Qarabağda heç bir inkişaf mümkün olmazdı. Britaniyanın mina təmizləmə şirkətləri və QHT-lərinin – o cümlədən hökumət proqramlarımızla dəstəklənən – birbaşa töhfəsi ilə fəxr edirəm. 2022-ci ildən etibarən biz beynəlxalq səylərə liderlik etdik və bu, səfirliyin indiyədək gördüyü ən vacib işlərdən biri oldu. Ağdam və Cəbrayılda mina axtaran itlər və siçovullarla tanışlıq mənim üçün şəxsi baxımdan da yaddaqalan an idi. Həmçinin milli mina təmizləmə komandalarına qadınların cəlb edilməsini fəal şəkildə dəstəkləmişik”.
12 May 20:54
896
12 May 20:52
875
12 May 19:34
1 106