10:31
322![]()
İsrailin "Mossad" kəşfiyyat xidmətinə işləmək ittihamı ilə həbs olunan Ehsan Afreşte, 13 may səhər saatlarında İran Ali Məhkəməsi tərəfindən ən ağır cəzaya məhkum edilib və asılaraq edam olunub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb.
Qeyd olunur ki, Afreşte Nepalda "Mossad"ın rəhbərliyi altında xüsusi təlim keçib və İsrail kəşfiyyatı ilə əməkdaşlıq etdiyi müddət ərzində üç dilə — ingilis, fransız və ivrit dillərinə mənibsəyib.
İstintaqın məlumatına görə, həmin iranlı İsrail xüsusi xidmət orqanının strukturunda "Ceyms" ləqəbinə sahib olub, əlaqəni isə elektron poçt və müxtəlif messencerlər vasitəsilə saxlayıb. O, "Mossad"ın ilk tapşırıqlarını onlayn taksi sürücüsü pərdəsi altında yerinə yetirib.
Məryəm Quliyeva