14:33
175
ABŞ münaqişənin nizamlanması üçün İranın qanuni tələblərini qəbul etməsə, döyüş meydanında yeni məğlubiyyətlərlə üzləşəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general Rza Talayinik bəyanat verib.
"Əgər düşmən diplomatiya sahəsində İran xalqının qanuni və müəyyən edilmiş tələblərini qəbul etməsə, o, döyüş meydanında öz məğlubiyyətlərinin təkrarlanmasını gözləməlidir. Düşmən tərəfindən hər hansı yeni təhdid, hücum və ya təcavüz birmənalı olaraq dərhal, qətiyyətli və yekun cavabla qarşılanacaq ki, bu da düşməni öz hərəkətlərinə görə peşman edəcək", — deyə IRNA agentliyi onun sözlərini sitat gətirib.
Məryəm Quliyeva