Heydər Əliyev adına Hərbi İnstitutda qanvermə aksiyası keçirildi
İşğaldan azad edilən ərazilərdə layihələrə 1 milyard 761 milyon manat xərclənib
Gələn həftədən məktəblərdə beşgünlük payız tətili başlayacaq
Naxçıvan gömrüyündə şirə və enerji içkisi yükündə külli miqdarda narkotik aşkarlanıb - FOTO
ADY rəhbərliyi nəqliyyat, logistika və turizm sahələri üzrə ekspertlərlə görüşdü
13 May 09:31
2 415
ABŞ Silahlı Qüvvələri Boeing B-52 Stratofortress strateji bombardmançı təyyarələrinin modernləşdirilməsi proqramını 2038-ci ilə qədər yekunlaşdırmağı planlaşdırır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələri (HHQ) qərargah rəisinin müavini Devid Teyborun ABŞ Konqresinin Senatının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdəki giriş nitqində məlumat verilib.
"Biz qısamüddətli və uzunmüddətli döyüş hazırlığının təmin edilməsinə prioritet diqqət yetirməyə davam edirik və 76 təyyarənin 2038-ci ilə qədər texniki xidməti və modernləşdirilməsi üçün B-52 proqramına maliyyə vəsaiti ayrılmasını xahiş edirik", — deyə HHQ qərargah rəisinin müavini qeyd edib.
B-52 ABŞ Hərbi Hava Qüvvələrinin ən yaşlı bombardmançı təyyarəsidir — o, 1955-ci ildən silahlanmaya daxil edilib.
Məryəm Quliyeva