FT: ABŞ-ın qəfil hərbi qərarları NATO-nu narahat edir​​​​​​​ Gündəm

FT: ABŞ-ın qəfil hərbi qərarları NATO-nu narahat edir​​​​​​​

Avropa ölkələri, mayın 21-22-də İsveçdə NATO-ya üzv dövlətlərin xarici işlər nazirlərinin görüşü zamanı ABŞ-dan qoşunların yerləşdirilməsi məsələsinə aydınlıq gətirməsini tələb edəcəklər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti diplomatlara istinadən məlumat yayıb.

Nəşr yazır ki, alyans üzrə müttəfiqlər ABŞ-ın hazırkı administrasiyasının Avropadakı hərbçilərini nə vaxt və haradan çıxaracağını hələ də dəqiqləşdirməməsindən narahatdırlar. Almaniya və Polşa ilə bağlı qəfil qəbul edilən qərarlar problemin aktuallığını daha da artırıb.

Daha əvvəl ABŞ rotasiya çərçivəsində Polşaya 4 min nəfərlik briqada göndərməmək qərarına gəlib. Vaşinqton, həmçinin Almaniyadan 5 min hərbçisini çıxarmaq niyyətindədir.

NATO-dakı diplomatlar hesab edirlər ki, Vaşinqtonun iyulda keçiriləcək illik sammit də daxil olmaqla, müxtəlif görüşlər zamanı öz niyyətlərini açıqlamaq imkanı olacaq. Lakin ABŞ-ın öz planlarını bölüşəcəyinə dair heç bir zəmanət yoxdur. Nəşrin həmsöhbətlərindən biri deyib: "Çıxarılan qoşunların sayı öz-özlüyündə narahatlıq doğurmur. Lakin bizi proqnozlaşdırıla bilənliyin olmaması narahat edir; qərarlar sürprizə çevrilir, Almaniya nümunəsində isə bu, bir cəza kimi təqdim olunur".

Məryəm Quliyeva