İran XİN başçısı BMT Təhlükəsizlik Şurasına dəvət alıb​​​​​​​ Gündəm

İran XİN başçısı BMT Təhlükəsizlik Şurasına dəvət alıb​​​​​​​

İranın xarici işlər naziri Abbas Əraqçi, BMT Təhlükəsizlik Şurasına sədrlik edən Çin tərəfindən mayın 26-na planlaşdırılan sülh və təhlükəsizlik məsələlərinə dair iclasa dəvət olunub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası XİN-in rəsmi nümayəndəsi Esmail Bəqai məlumat verib.

"Çinin BMT Təhlükəsizlik Şurasına rotasiya qaydasında sədrlik etməsini və bu ölkənin sülh və təhlükəsizliklə bağlı məsələlər üzrə xarici işlər nazirlərinin xüsusi görüşünü keçirmək planlarını nəzərə alaraq, ölkəmizin xarici işlər naziri də bu iclasda iştirak etmək üçün dəvət alıb", — deyə o, ISNA agentliyinə müsahibəsində qeyd edib.

Baqainin sözlərinə görə, Əraqçinin iclasda iştirakı ilə bağlı hələlik yekun qərar verilməyib.

Məryəm Quliyeva