7 Sentyabr 16:15
7 Sentyabr 14:52
Pentaqon İran yaxınlığında böyük bir taktiki hava qruplaşması saxlayır
Tramp: İranla münaqişədən sonra ABŞ-də neft kəskin ucuzlaşacaq
Tehrandan Vaşinqtona sərt xəbərdarlıq: Hörmüz boğazı tam bağlana bilər
ABŞ İrana qarşı dəniz blokadasını bərpa etdikdən sonra 94 gəminin istiqamətini dəyişdirib
ABŞ Silahlı Qüvvələri Sakit okeanda narkokartelə xidmət edən gəmini batırıb
20 May 16:23
2 968
Türkiyə 2023-cü il fevral zəlzələlərindən sonra zərər çəkmiş bölgələrdə 500 minə yaxın yaşayış və qeyri-yaşayış obyektinin tikintisini həyata keçirir.
Bunu WUF13 çərçivəsində keçirilən “Parlamentarilər: Şəhər öhdəliklərinin milli fəaliyyətə çevrilməsi – hamı üçün mənzilə aparan parlament yolu” adlı dəyirmi masada Türkiyə Böyük Millət Məclisinin İctimai işlər, yenidənqurma, nəqliyyat və turizm komitəsinin sədri Adil Karaismailoğlu bildirib.
Adil Karaismailoğlu qeyd edib ki, Türkiyə mənzil siyasətinə sosial dövlət prinsipi, planlı şəhərsalma, fəlakətlərə davamlı tikinti və insan mərkəzli inkişaf yanaşması əsasında yanaşır.
O bildirib ki, Türkiyənin Toplu Yaşayış İdaresi (TOKİ) vasitəsilə həyata keçirilən sosial mənzil modeli məktəblər, səhiyyə müəssisələri, parklar, ibadət yerləri, piyada yolları və digər sosial obyektlərlə birlikdə tam yaşayış məhəllələrinin formalaşdırılmasına imkan verir.
Komitə sədri vurğulayıb ki, sosial mənzillər uzunmüddətli və aşağı faizli ödəniş imkanları ilə vətəndaşlara təqdim olunur.
A. Karaismailoğlunun sözlərinə görə, 6 fevral 2023-cü il zəlzələlərində 53 mindən çox insan həyatını itirib. Hazırda zərər çəkmiş 11 vilayətdə parklar, yollar, bazarlar, tarixi tikililər və digər infrastruktur obyektləri ilə birlikdə genişmiqyaslı yenidənqurma işləri davam etdirilir.
7 Sentyabr 15:00
1 001
7 Sentyabr 14:08
945
7 Sentyabr 11:24
1 001