BƏƏ İraqı hədələdi
15:56
14:42
868
İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının mərkəzi hissəsində HƏMAS-a məxsus silah anbarına zərbə endirib. İsrail ordusunun məlumatına görə, anbardakı silahlar həmin rayonda fəaliyyət göstərən SAXAL (İsrail Müdafiə Ordusu) qüvvələrinə qarşı hücumlar üçün nəzərdə tutulubmuş.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb.
"Zərbədən əvvəl mülki əhaliyə ziyan vurulması riskini azaltmaq üçün qabaqcadan xəbərdarlıqlar, dəqiq silahlardan istifadə və havadan müşahidə də daxil olmaqla lazımi tədbirlər görülüb.
Cənub komandanlığı sahəsindəki SAXAL qoşunları atəşkəs razılaşmasına uyğun olaraq mövqelərində qalmaqdadır və hər hansı bir birbaşa təhdidi aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcək", — deyə ordunun bəyanatında vurğulanır.
Məryəm Quliyeva