18 Avqust 15:40
Çadayev Azərbaycan ittihamlarından sonra Rusiya nəqliyyat nazirinin müşaviri vəzifəsindən gedib
İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Trampın Hörmüzlə bağlı iddiasına reaksiya verib
Əraqçi: Prezident Pezeşkianın Azərbaycan Prezidenti ilə telefon danışığı vəziyyəti tamamilə dəyişdi
Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb
20 May 16:05
2 821
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi keçirilir.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Belə ki, “Qrant haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumların siyahısının təsdiq edilməsi haqqında” 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı rəhbər tutulmaqla Elm və Təhsil Nazirliyi tərəfindən xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi elan edilir.
Bildirilib ki, müsabiqədə ümumi təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi üzrə ən azı 3 il pedaqoji staja malik olan və yaşı 60-dan çox olmayan şəxslər iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu 3 iyun 2026-cı il, saat 17:00-dək [email protected] elektron poçtu vasitəsi ilə həyata keçiriləcək.
Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan və şərtlər toplusu vasitəsilə tanış ola bilərsiniz:
18 Avqust 20:04
665
18 Avqust 17:19
735
18 Avqust 16:05
735