14:27
707
Şəhərin transformasiyası sahəsində həll edilməli problemlər və mövcud boşluqlar olduqca çoxdur və bu məsələlərə sistemli yanaşma tələb olunur.
Bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13 çərçivəsində keçirilən “Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər rejenerasiyası” adlı forumda bildirib.
O bildirib ki, bu çətinliklərin aradan qaldırılması şəhərsalma siyasətinin əsas prioritetlərindən biri olmalıdır: “Gələcəyin şəhərləri barədə danışarkən yalnız gələcəyə fokuslanmaq kifayət etmir, eyni zamanda keçmişin təcrübəsinə və tarixi şəhər inkişafının dərslərinə də diqqətlə baxmaq lazımdır. Çünki dayanıqlı şəhər modeli həm müasir yanaşmaları, həm də tarixi konteksti nəzərə alan balanslı bir inkişafdan formalaşır. BMT bu məsələlərin həllində vahid bir ailə kimi fəaliyyət göstərməli, üzv ölkələr arasında koordinasiyanı gücləndirməli və şəhər transformasiyası prosesində inklüziv, ədalətli və dayanıqlı yanaşmaların təşviqinə dəstək verməlidir. Biz də mədəni irs məsələsinə və onun qorunmasına ayrıca bir inkişaf istiqaməti kimi baxırıq. Mədəni irsin qorunması yalnız keçmişin saxlanılması deyil, həm də gələcək şəhərlərin kimliyinin formalaşması deməkdir. Mədəni inkişaf bu komponent olmadan mümkün deyil, eyni zamanda dayanıqlı inkişaf da mədəni irsin qorunması olmadan tam şəkildə həyata keçirilə bilməz”.
14:49
644
14:47
623
14:29
987