Bakı–Tbilisi–Bakı dəmir yolu marşrutu üzrə gediş haqqı açıqlanıb
Tramp Fransada keçiriləcək G7 sammitində iştirakını təsdiqləyib
Narkotik qaçaqmalçılığı ilə bağlı Türkiyədə tutulan şəxs Azərbaycana ekstradisiya edilib
Azərbaycan vətəndaşlarının dəmiryol nəqliyyatı vasitəsilə Gürcüstana giriş-çıxışına icazə verilib
13:59
847
Fransa hazırda Hörmüz boğazında həqiqətən minaların yerləşdirilməsinə dair hər hansı bir təsdiqə sahib deyil.
Xalqcebhesi.az xəbər verir ki, "France 24" telekanalının verdiyi məlumata görə, bu barədə Fransanın müdafiə naziri Katrin Votren regionda guya azı on minanın aşkar edilməsi ilə bağlı yayılan xəbərlər fonunda bəyanat verib.
"Hazırda bu məsələ ilə bağlı məndə tam əminlik yoxdur, lakin hər bir halda biz mümkün minalardan təmizləmə əməliyyatına hazırlaşırıq", — deyə Votren bildirib.
O, həmçinin qeyd edib ki, Fransa və Böyük Britaniyanın rəhbərliyi altında həyata keçirilə biləcək mümkün gələcək missiya çərçivəsində regiona minalardan təmizləmə gəmiləri göndərilir. Nazirin sözlərinə görə, həmin gəmilərdən biri artıq Fransanın Cibutidəki bazasındadır və ehtiyac yaranacağı təqdirdə prosesə cəlb oluna bilər.
Məryəm Quliyeva