18 Avqust 15:40
Çadayev Azərbaycan ittihamlarından sonra Rusiya nəqliyyat nazirinin müşaviri vəzifəsindən gedib
İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Trampın Hörmüzlə bağlı iddiasına reaksiya verib
Əraqçi: Prezident Pezeşkianın Azərbaycan Prezidenti ilə telefon danışığı vəziyyəti tamamilə dəyişdi
Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb
20 May 17:07
2 786
Şəhər planlamasında əlçatanlıq, əlverişlilik və təhlükəsizlik əsas prioritet olmalıdır.
Bunu Dünya Gözdən Əlillər Birliyinin Prezidenti Santoş Kumar Runqta WUF13 çərçivəsində əlilliyi olan insanların hüquqları üzrə dəyirmi masada deyib.
Kumar Runqta xüsusilə elektrik avtomobillərin geniş yayılması ilə bağlı yeni təhlükəsizlik risklərinə diqqət çəkib. Onun sözlərinə görə, səssiz işləyən elektrik avtomobillər piyadalar üçün potensial təhlükə yaradır:
“Elektrik avtomobilləri geniş şəkildə yayılır və səssiz işləmələri piyadalar üçün təhlükə yarada bilər. Bu məsələ təhlükəsizliklə birbaşa bağlıdır”.
O əlavə edib ki, bu məsələ əlçatanlıq və inklüzivlik anlayışının tərkib hissəsi kimi nəzərə alınmalıdır və aidiyyəti qurumlar tərəfindən tədbirlər görülməlidir.
Çıxışda həmçinin fövqəladə hallar və münaqişə zonalarında yardım təşkilatları arasında daha güclü əməkdaşlığın vacibliyi vurğulanıb:
“Qızıl Xaç və digər yardım təşkilatları ilə daha koordinasiyalı yanaşmaya ehtiyac var, xüsusilə münaqişə və fəlakət vəziyyətlərində”.
Sonda o qeyd edib ki, şəhərsalma siyasətlərində təhlükəsizlik, əlçatanlıq və sosial inklüzivlik bir-birindən ayrılmaz prinsiplər kimi qəbul edilməlidir və bu yanaşma daha dayanıqlı şəhərlərin qurulmasına xidmət edir.
18 Avqust 20:04
665
18 Avqust 17:19
735
18 Avqust 16:05
735