“Ukraynanın yeni taktikası Rusiyanı zəiflədir”
19 May 19:56
12:37
651
Azərbaycanda münaqişədən zərər çəkmiş ərazilərdə bərpa prosesi davam edir.
Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Ramil Cahangirov “Post-böhran dövründə mənzil təminatı: Dayanıqlı həll yolları tapmaq” adlı tədbir zamanı danışıb.
O, Azərbaycanda münaqişədən zərər çəkmiş ərazilərdə vəziyyətin uzun illər ərzində çox ağır olduğunu bildirib. Ramil Cahangirovun sözlərinə görə, işğal dövründə həmin ərazilərdə genişmiqyaslı dağıntılar baş verib və bölgələr təxminən 30 il ərzində ciddi tənəzzülə məruz qalıb.
Qeyd olunub ki, işğal nəticəsində öz doğma torpaqlarını tərk etməyə məcbur olan insanlar məcburi köçkün həyatı yaşayıblar. Dövlət tərəfindən onlara müxtəlif dəstək tədbirləri göstərilsə də, həmin şəxslər doğma yurdlarına bağlılıqlarını qoruyub saxlayıblar və müharibədən sonra geri qayıtmaq istəklərini ifadə ediblər.
O əlavə edib ki, müharibədən sonra hökumət genişmiqyaslı bərpa və yenidənqurma prosesinə start verib. Vurğulanıb ki, söhbət yalnız bir və ya iki şəhərin bərpasından deyil, yüzlərlə kənd və yaşayış məntəqəsinin yenidən qurulmasından gedir.
Çıxışda qeyd edilib ki, bərpa prosesi koordinasiyalı qərargah vasitəsilə həyata keçirilir və bu işə müxtəlif nazirliklər, dövlət qurumları və aidiyyəti strukturlar cəlb olunub. Ərazilərin mina və partlamamış sursatlardan təmizlənməsi də əsas prioritet istiqamətlərdən biri kimi göstərilib.
Bildirilib ki, yenidənqurma işləri müasir şəhərsalma planlaması əsasında aparılır. Minlərlə səhifədən ibarət olan inkişaf sənədləri çərçivəsində bölgələrin uzunmüddətli və dayanıqlı inkişafı nəzərdə tutulur.
12:52
560
12:24
665
11:41
763