18 Avqust 15:40
Çadayev Azərbaycan ittihamlarından sonra Rusiya nəqliyyat nazirinin müşaviri vəzifəsindən gedib
İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Trampın Hörmüzlə bağlı iddiasına reaksiya verib
Əraqçi: Prezident Pezeşkianın Azərbaycan Prezidenti ilə telefon danışığı vəziyyəti tamamilə dəyişdi
Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb
20 May 13:28
2 331
Abşeron Tullantı Hövzəsində bir poliqon və dörd ötürücü məntəqənin tikilməsi planlaşdırılır.
Bunu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Xarici maliyyə institutları və investisiya fondları ilə iş üzrə departamentində Beynəlxalq investisiya fondları və donorlarla əməkdaşlıq şöbəsinin müdiri Günel Quliyeva WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Plastik çirklənməsi ilə mübarizə: yaşayış üçün əlverişli şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi” adlı tədbirdə deyib.
O bildirib ki, İqtisadiyyat Nazirliyinin Dünya Bankı ilə birgə əməkdaşlığı çərçivəsində müxtəlif işlər görülür:
“Layihə çərçivəsində çirklənmiş ərazilərin təmizlənməsi istiqamətində addımlar atılacaq. Abşeron tullantı hövzəsi üzrə Abşeronda bir poliqon, Xızı və Şamaxı ərazilərində isə dörd ötürücü məntəqənin tikintisi planlaşdırılır. Layihənin növbəti mərhələlərində əlavə ötürücü məntəqələrin tikintisi də nəzərdə tutulur.
Bu istiqamətdə əsas məqsədlərdən biri beynəlxalq təcrübənin tətbiqi və müasir standartların poliqon tikintisində istifadə edilməsidir. Biz bu layihələr üzərində məsuliyyətlə çalışırıq və düşünürük ki, növbəti mərhələlərdə regionlarda poliqonların və transfer mərkəzlərinin tikintisi nəticəsində, artan əhali yükü nəzərə alınaraq Abşeron ərazisində məişət tullantılarının idarə olunmasında daha yaxşı nəticələr əldə ediləcək,” – deyə o qeyd edib.
18 Avqust 20:04
679
18 Avqust 17:19
749
18 Avqust 16:05
742