7 Sentyabr 16:15
7 Sentyabr 14:52
Pentaqon İran yaxınlığında böyük bir taktiki hava qruplaşması saxlayır
Tramp: İranla münaqişədən sonra ABŞ-də neft kəskin ucuzlaşacaq
Tehrandan Vaşinqtona sərt xəbərdarlıq: Hörmüz boğazı tam bağlana bilər
ABŞ İrana qarşı dəniz blokadasını bərpa etdikdən sonra 94 gəminin istiqamətini dəyişdirib
ABŞ Silahlı Qüvvələri Sakit okeanda narkokartelə xidmət edən gəmini batırıb
20 May 17:00
3 073
Azərbaycan ilə Oman arasında iqtisadi münasibətlərin mövcud vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
"APA-Economics" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Oman Sultanlığının mənzil inşaatı və şəhərsalma naziri Xəlfan Əl-Şuaili ilə görüş keçirib.
Görüşdə Azərbaycan ilə Oman arasında iqtisadi münasibətlərin mövcud vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Tərəflər iki ölkə arasında dostluq münasibətlərinin iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını qeyd ediblər.
Müzakirələr zamanı biznes əlaqələrinin şaxələndirilməsi, qarşılıqlı investisiyaların təşviqi, ticarət dövriyyəsinin artırılması və infrastruktur sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Həmçinin şəhərsalma, tikinti və dayanıqlı urbanizasiya sahələrində təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Görüş çərçivəsində potensial investisiya layihələrində iştirak, özəl sektor nümayəndələri arasında əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məsələləri də diqqət mərkəzində olub.
08:43
0
7 Sentyabr 15:00
1 001
7 Sentyabr 14:08
945

