BƏƏ İraqı hədələdi
15:56
16:55
721
Əlilliyi olan şəxslər idarəetməyə daha geniş cəlb edilməlidir.
Bunu UCLG-nin əlçatanlıq siyasəti üzrə eksperti Federiko Batista Poitier Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş “Əlçatanlığın hüdudlarından kənar: hamı üçün layiqli mənzil hüququnun təmin edilməsi" mövzusunda əlilliyi olan insanların hüquqları üzrə dəyirmi masada çıxışinda deyib.
Əlilliyi olan şəxslərin təşkilatlarının bir sıra şəhərlərdə idarəetmə proseslərində kifayət qədər təmsil olunmadığını qeyd edən ekspert bu qrupların qərarvermə mexanizmlərinə daha fəal inteqrasiyası istiqamətində beynəlxalq səviyyədə işlər aparıldığını deyib.
Poitier həmçinin “Cities for All” qlobal təşəbbüsünün şəhərlərdə inklüzivlik və əlçatanlıq siyasətlərinin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
Ekspert əlavə edib ki, BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası mühüm hüquqi baza olsa da, əsas məqsəd onun prinsiplərinin yerli idarəetmə səviyyəsində konkret mexanizmlərə çevrilməsidir.
Onun fikrincə, şəhərlərin təqdim etdiyi xidmətlər hər bir vətəndaş üçün əlçatan olmalı və inklüziv şəkildə qurulmalıdır.
17:59
448
17:07
672
17:06
686