14:16
644
Almaniya kansleri Fridrix Merz bəyan edib ki, Almaniya zəruri şərtlər yarandıqdan sonra Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsində iştirak etməyə hazırdır.
"Biz, bir ölkə olaraq, münaqişə bitdikdən sonra Fars körfəzi bölgəsində məsuliyyəti öz üzərimizə götürməyə də hazırıq. Lazımi şərtlər yarandıqdan sonra Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsində iştirak etməyə hazırıq. O vaxta qədər münaqişənin diplomatik yolla həllini müdafiə edəcəyik. Məqsədimiz dəyişməz olaraq qalır: İran nüvə proqramını nəhayət və təsdiqlənə bilən şəkildə dayandırmalıdır",
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Merz Bundestaqa hökumət bəyanatını təqdim edərkən bildirib.
Eyni zamanda, o, "İsrailin və bütün bölgənin təhlükəsizliyi təmin edilməlidir, əks halda bölgədə sülh olmayacaq" deyə iddia edib.
Bir müddət əvvəl İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı Tehranın ABŞ-ın onun ərazisinə təkrar zərbələri qarşısında Hörmüz boğazından gəmiçiliyi tamamilə bloklamaq qərarına gəldiyini açıqlayıb. İİKK Hərbi Dəniz Qüvvələri də öz növbəsində boğazdan keçməyə çalışan ən azı iki gəmini vurduğunu vurğulayıb.
Məryəm Quliyeva