12:25
1 442
İran İsveçrənin Bürgenştok şəhərində AEBA (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) ilə özünün nüvə obyektlərində yeni təftişlərin keçirilməsini müzakirə etməyib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Esmail Bəqai bəyan edib.
"Bizim AEBA-nın baş direktoru Rafael Qrossi ilə heç bir görüşümüz olmayıb, həmçinin agentlik tərəfindən heç bir yeni təftiş, xüsusən də ABŞ və İsrailin zərbələrindən zərər çəkmiş obyektlərdə yoxlamaların aparılması müzakirə edilməyib", - deyə o, brifinqdə bildirib.
Məryəm Quliyeva