26 Noyabr 13:32
26 Noyabr 13:20
09:50
287
Avtomobillə beynəlxalq yükdaşıma fəaliyyəti həyata keçirən sahibkarlar üçün yeni vergi güzəştləri olacaq.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşıma fəaliyyətini həyata keçirən fərdi sahibkarın həmin fəaliyyətdən əldə etdiyi gəlirlərinin 50 faizi – 2027-ci il yanvarın 1-dən 3 il müddətində gəlirləri gəlir vergisindən azad ediləcək.
Eyni zamanda avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşıma fəaliyyətini həyata keçirən hüquqi şəxslərin həmin fəaliyyətdən əldə etdikləri mənfəətinin 50 faizi – 2027-ci il yanvarın 1-dən 3 il müddətində mənfəət vergisindən azad olacaq.