26 Noyabr 13:32
26 Noyabr 13:20
08:42
196
ABŞ-nin Ottavadakı səfiri Pit Hukstranın geri çağırılmasına nail olmaq tələbi ilə hazırlanan petisiya Kanada parlamentinin İcmalar Palatasına təqdim edilib.
Xalqcebhesi.az -ın məlumatına görə, Kanada Yaşıllar Partiyasının millət vəkili Elizabet Mey tərəfindən təqdim edilən sənəddə vurğulanır ki, ölkə hakimiyyəti Pit Hukstranı rəsmi şəkildə "persona non grata" elan etməli və onun ABŞ-yə qaytarılmasına çalışmalıdır. Petisiyada qeyd olunur ki, Hukstra iki ölkə arasında diplomatik münasibətlərə xələl gətirən dəfələrlə ictimai bəyanatlar verib. Dəqiqləşdirilir ki, səfir ABŞ Prezidenti Donald Trampın Kanadanı "51-ci ştata" çevirmək niyyəti ilə bağlı bəyanatlarını dəstəkləyib, ölkənin daxili siyasətinə qarışıb və orada fəaliyyət göstərən separatçı hərəkatlarla əlaqə saxlayıb.
Sənədi iyulun 21-dən noyabrın 18-dək 286 minə yaxın Kanada sakini imzalayıb. İndi ölkə hökuməti petisiyaya rəsmi qaydada cavab verməlidir, lakin orada irəli sürülən tələbləri yerinə yetirməyə borclu deyil.
Məryəm Quliyeva