26 Noyabr 13:32
26 Noyabr 13:20
08:45
238.jpg)
Noyabrın 26-da ölkənin şərq hissəsini bürüyən fırtına səbəbindən ABŞ-də 2,9 mindən çox aviareys gecikib və ya ləğv edilib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "FlightAware" portalının məlumatlarında bildirilir.
Portalın məlumatına görə, noyabrın 26-da Birləşmiş Ştatlarda 2 462 reys gecikib, daha 459 reys isə ləğv olunub.
Fırtına ABŞ-də sərnişin aviadaşımaları üçün ən sıx günlərdən biri olan Şükranlıq gününə təsadüf edib.
Bir gün əvvəl gözlənilən leysan yağışlar və güclü külək səbəbindən Nyu-Yorkda, eləcə də Nyu-Cersi ştatında fövqəladə vəziyyət rejimi elan edilib.
Məryəm Quliyeva