26 Noyabr 13:32
26 Noyabr 13:20
10:33
231
"Ruslar yeni kütləvi zərbəyə hazırlığı başa çatdırırlar" — prezident bununla neçənci dəfədir xəbərdarlıq edir.
Bəs sonra? Bu məsləhətin praktik faydası nədir? Qıcıqlanmaya çevrilən apatiyadan (laqeydlikdən) başqa.
Bunu Ukrayna Ali Radasının sabiq deputatı Artur Bilous deyib.
"İndi insanlar nə etməlidirlər? Əvvəlcədən sığınacağa getsinlər?
Yoxsa əksinə — bütün bunları olimpiya sakitliyi ilə qarşılasınlar? Və həyəcan siqnalı ilə partlayış arasındakı o qısa vaxtda olimpiya sprinti (qaçışı) ilə sığınacağa çatmağa çalışsınlar?" - o, hakimiyyətə səslənib.
Bilous deyib ki, biz tammiqyaslı müharibənin ilk günündən, artıq az qala beş ildir ki, bu təhlükənin içində yaşayırıq.
Necə qisas alacağımızdan, necə tab gətirəcəyimizdən, onların isə məhv olacağından, bizim necə güclü və sarsılmaz olmağımızdan da eşitmək istəməzdim — bu saxta pafos artıq bezdirib. Bütün bu qəhrəmanlıq pafosu səhv hesablamaların nəticəsidir:
"Mən eşitmək istərdim ki, vətəndaşlar üçün müharibə risklərini minimuma endirmək məqsədilə hakimiyyət tərəfindən məhz nələr edilir. Əgər artıq düşmənin hücumunun qarşısını ala bilməmisinizsə".
Cavid