Tramp: İran ABŞ-ın tələb etdiyi demək olar ki, hər şeylə razılaşıb Gündəm

Tramp: İran ABŞ-ın tələb etdiyi demək olar ki, hər şeylə razılaşıb

İran ABŞ-ın tələb etdiyi demək olar ki, hər şeylə razılaşıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "CNBC" telekanalına müsahibəsində bildirib.

"Hazırda biz danışıqlar aparırıq, ona görə də baxaq bunun sonu necə olacaq. Düşünürəm ki, onlar bizə lazım olan demək olar ki, hər şeylə razılaşıblar", — deyə Tramp qeyd edib.

Ağ Evin rəhbəri həmçinin vurğulayıb ki, ABŞ münaqişədə qısa müddət ərzində hərbi uğur qazana bilib. "Biz Vyetnamda 19 il qaldıq, Əfqanıstanda təxminən on il olduq, Koreya müharibəsində isə bütöv bir əsr keçirdik. Mən isə orada cəmi dörd aydır varam. Və mən nə etdim? Onları hərbi cəhətdən darmadağın etdim", — deyə o bəyan edib.

Məryəm Quliyeva