Kiyevdə hava çirklənməsi təhlükəli həddə çatıb Gündəm

Kiyevdə hava çirklənməsi təhlükəli həddə çatıb

Bu səhər Ukraynanın paytaxtında sağlamlıq üçün təhlükəli səviyyədə hava çirklənməsi qeydə alınıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Kiyev-24" telekanalı məlumat yayıb.

Telekanal sakinlərinə pəncərələri bağlamağı, imkan daxilində çöldə qalma müddətini məhdudlaşdırmağı və atmosfer mühitinin vəziyyəti barədə məlumatları izləməyi tövsiyə edir.

Ukraynanın "SaveEcoBot" monitorinq xidmətinin məlumatlarına görə, Kiyevin bir çox rayonlarında havanın vəziyyəti sağlamlıq üçün zərərli kimi qiymətləndirilir. Keçən həftənin sonundan etibarən Kiyevdə Çernobıl zonasındakı yanğınların tüstüsü səbəbindən hava çirklənməsi qeydə alınırdı. İyulun 2-də isə hava həyəcanı zamanı baş verən partlayışlardan sonra şəhər üzərində güclü tüstülənmə müşahidə olunub.

Məryəm Quliyeva