Moskva danışıqlardan qaçır Gündəm

Moskva danışıqlardan qaçır

Ukrayna–ABŞ–Rusiya formatında məsləhətləşmələr davam edir. Stiv Uitkoffun Rusiyanın Donetsk bölgəsi ilə bağlı tələblərinə dair mövqeyi 2025-ci ilin yazından bəri dəyişməz qalıb. Bu mövqe "otaqdakı fil" (hamının gördüyü, lakin danışmaqdan çəkindiyi aşkar problem) metaforasının yer aldığı məşhur bir məqalədə ifadə edilmişdi.

Xalqcebhesi.az xəbər verir ki, bunu ukraynalı politoloq Vyaçeslav Potapenko deyib.

"Rusiya tərəfinin fikrincə, ABŞ Donald Trampla Alyaskada əldə olunduğuna inandıqları ilkin razılaşmalara əməl etməyib.

Buna görə də, Moskva hazırda məhsuldar danışıqlardan daha çox müharibənin davam etdirilməsinə ümid edir.
Ümumiyyətlə, ehtimal etmək olar ki, Moskva rəhbərliyi yalnız Rusiyanın özündə ciddi daxili problemlər yaranarsa, öz mövqeyinə yenidən baxa bilər".

Cavid