12:06
441.jpg)
ABŞ Silahlı Qüvvələri Tayvan qoşunları ilə birgə gizli hərbi təlimlər keçirir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti Tayvanın müdafiə idarəsinin rəhbəri Qu Lisyuna (Villinqton Qu) istinadən məlumat yayıb.
"Hərbi mübadilə sayəsində biz ABŞ-dən böyük həcmdə praktiki döyüş təcrübəsi əldə etmişik", — deyə WSJ Lisyunun sözlərindən sitat gətirir. O, həmçinin əlavə edib ki, Taybeyin Vaşinqtonla əməkdaşlığı "göründüyündən daha yaxındır".
Qəzetin qeyd etdiyi kimi, Lisyunun bu bəyanatı ABŞ-nin Tayvana öz ordusunu möhkəmləndirməkdə göstərdiyi gizli köməyin nadir etiraflardan biri olub.
Məryəm Quliyeva