08:05
385
Ukrayna hökuməti Avropa İttifaqına üzvlük üçün zəruri olan islahatların həyata keçirilməsini gecikdirir.
Bu barədə "The Economist" yazıb.
Nəşrin məlumatına görə, Avropa liderlərinin müsbət bəyanatlarına baxmayaraq, Kiyev qanunun aliliyi, demokratiya, korrupsiyaya qarşı mübarizə və dövlət idarəçiliyi sahələrində islahatları tam icra etmir.
Bildirilir ki, bu istiqamətlər üzrə danışıqlar iyunda keçirilsə də, Ukrayna hökuməti indiyədək cəmi dörd qanun layihəsi təqdim edib və onlardan yalnız ikisi Ali Rada tərəfindən qəbul olunub.
Jurnal qeyd edir ki, Kiyev bu addımları ən azı altı ay əvvəl atmalı idi.