Nazir müavini: Bu il Dövlət Proqramı çərçivəsində 500 tələbə xaricdə təhsil alacaq
PSJ “Liverpul”un Barkolya ilə bağlı ilk təklifini qəbul etməyib
Latviya Belarusla sərhədi tam bağlamaq imkanını nəzərdən keçirir
Sevastopolda hərbçi əsgər yoldaşlarını və mülki şəxsləri güllələyib: 4 nəfər ölüb, daha 4 yaralı var
10:46
329
Sevastopol yaxınlığında hərbçi əsgər yoldaşlarına və mülki şəxslərə atəş açıb.
“Vedomosti”nin xəbərinə görə, bu barədə regionun qubernatoru Mixail Razvojayev bildirib.
Hadisə Xmelnitskoye kəndində baş verib, nəticədə 4 nəfər ölüb, daha 4 nəfər isə yaralanıb.
Qubernatorun sözlərinə görə, hərbçi əvvəlcə əsgər yoldaşlarına atəş açıb, onlardan biri ölüb, digəri yaralanıb.
O, daha sonra kəndə yollanıb, orada 71 və 59 yaşlı kişini və 64 yaşlı bir qadını güllələyərək öldürüb.
Daha üç nəfər isə yaralanıb.
Hadisəni törətməkdə təqsirləndirilən şəxs saxlanılıb, yaralılara tibbi yardım göstərilir.